İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda gözlənilən görüş BAŞLADI

İstanbulda Türkiyənin ev sahibliyi ilə Rusiya və Ukrayna arasında sülh danışıqlarının üçüncü raunduna start verilib.

Musavat.com xəbər verir ki, görüş Çırağan sarayında keçirilir.

Danışıqlarda əsas müzakirə mövzusu tərəflərin təqdim etdiyi atəşkəs və sülhə dair memorandum layihələridir. Bu mərhələdə hər iki ölkənin nümayəndə heyətləri əvvəlki raundlarda iştirak etmiş şəxslərdən formalaşdırılıb.

Rusiya tərəfinə prezident Vladimir Putinin müşaviri Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov rəhbərlik edir.

Danışıqlarda Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın və Baş Qərargah rəisi, ordu generalı Metin Gürak da iştirak edir.

24 fevral 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə keçirilən bu görüşlər İstanbulun özəl məsləhətləşmə platforması rolunu davam etdirdiyini göstərir.

Görüşdən sonra hər iki tərəfin media qarşısında bəyanatla çıxış edəcəyi gözlənilir.

Musavat.com

Barış için yine masadalar! İstanbul'da tarihi zirve başladı

Barış için yine masadalar! İstanbul'da tarihi zirve başladı

Barış için yine masadalar! İstanbul'da tarihi zirve başladı

Barış için yine masadalar! İstanbul'da tarihi zirve başladı

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyul 2025

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR