Onlayn ictimai-siyasi qəzet
Goranboyda tikinti materialları mağazasında yanğın olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Xan Qərvənd kəndində yerləşən tikinti materialları mağazasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.
Yanğın nəticəsində mağazaya ciddi ziyan dəyib, xəsarət alan olmayıb.
Hadisənin səbəbləri araşdırılır.
***
Goranboyda tikinti materialları mağazası yanır.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xan Qərvənd kəndində qeydə alınıb.
Tikinti materialları mağazasında başlamış yanğının söndürülməsi üçün əraziyə FHN-nin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
24 Iyul 2025
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ