Onlayn ictimai-siyasi qəzet
Politico: Dövlət
Departamenti Avropaya təzyiqə başladı
ABŞ Dövlət Departamenti Avropaya ifadə azadlığını məhdudlaşdırmaqla bağlı ittihamlarla təzyiq göstərir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.
Dövlət Departamentinin sosial mediada yaydığı və Politico tərəfindən istinad edilən açıqlamada deyilir:
«Bu Oruell üslubunda mesaj Amerika Birləşmiş Ştatlarını aldatmayacaq. Senzura ifadə azadlığı deyil».
Politico-nun məlumatına görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası Avropada minlərlə insanın Avropa hökumətlərinin siyasətinə qarşı fikirlərinə görə tənqid edildiyini bildirir. Dövlət Departamenti öz bəyanatını Avropa İttifaqının texnologiya və sosial şəbəkələr sahəsində qaydalarını müəyyən edən rəqəmsal xidmətlər haqqında qanunla əlaqələndirir. ABŞ rəsmilərinin fikrincə, bu qanun «yalnız Avropa liderlərini öz xalqından qoruyur».
Politico qeyd edir ki, fevral ayında Münhen Təhlükəsizlik Konfransında ABŞ vitse-prezidenti Cey Di Vens Avropa hökumətlərini sərt tənqid edərək bildirib ki, Avropa «öz əsas dəyərlərinin bəzilərindən geri çəkilir».
Vens həmçinin vurğulayıb ki, Avropa ABŞ üçün «heç bir fayda vermir», öz seçicilərindən qorxur və yaxın illərdə ciddi addımlar ata bilməsi üçün demokratik mandat tələb edir.
16 fevralda konfransın rəhbəri Kristo Hüysgen forumun nəticələrini «Avropanın kabusu» kimi qiymətləndirib və Vensin çıxışının Avropa ilə ABŞ arasında ortaq dəyərlərin artıq mövcud olmadığını göstərdiyini bildirib.
Musavat.com
25 Iyul 2025
24 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ