İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan çökür” - Ovannisyan

“Ermənistan ümidsiz, çökməkdə olan ölkədir, bu isə hakimiyyət üçün münbit mühitdir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın “Alternativ Layihələr Qrupu”nun üzvü, politoloq Vahe Ovannisyanın məqaləsində əks olunub.

Ovannisyanın fikrincə, bu gün ermənilərin əsas vəzifəsi “Özü üçün Ermənistanı” Ermənistan Respublikasına çevirməkdir.

“Özünə görə Nikol, özünə görə hakimiyyət, özünə görə parlament, özünə görə müxalifət, prezidentlər, hətta siyasi məhbuslar var. Bura itirilmiş Qarabağ, Bakı həbsxanalarında olan ermənilər və başqa gerçəkliklər də daxildir. Bütün bunlar arasında uçurum o qədər böyükdür ki, artıq tək bir dövlətdən söhbət gedə bilməz. Ermənistan mənasını və funksional birliyini itirib”, - deyə erməni ekspert yazıb.

Revanşist politoloq çıxış yolunu “vahid dövlətin qurulmasında” gördüyünü qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR