Onlayn ictimai-siyasi qəzet
İrəvan meriyasına keçirilən seçkilərdə sürpriz şəkildə 9,68% səslə bələdiyyə məclisinə daxil olan “İctimai səs” partiyası müxalifətdəki “Milli Tərəqqi” və “Ana Ermənistan” bloku ilə koalisiya yaratmağa hazır olduğunu bəyan edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “İctimai səs” partiyasının rəhbəri Vardan Qukasyan danışıb.
Qukasyanın qeyd etdiyi kimi, o, ya Andranik Tevanyanın, ya da Ayk Marutyanın İrəvanın meri olmasının tərəfdarıdır, lakin nəzarət aparatı “İctimai səs” partiyasına keçməlidir.
Xatırladaq ki, İrəvan Ağsaqqallar Şurasına 5 siyasi qüvvə daxildir. Bunlar hakim “Vətəndaş sazişi” (VS), müxalifətdə olan “Milli Tərəqqi” partiyaları, “Ana Ermənistan” bloku, “Respublika”, “İctimai səs” partiyalarıdır.
İlkin məlumata görə, İrəvan Ağsaqqallar Şurasında mandatlar aşağıdakı kimi bölüşdürülüb:
“VS” - 24
“Milli Tərəqqi” - 14
“Ana Ermənistan” - 12
“Respublika” - 8
“İctimai səs” - 7.
Yəni “İctimai səs”, “Milli Tərəqqi” partiyalarının və “Ana Ermənistan” blokunun aldıqları mandatların sayı (33) koalisiya yaratmaq üçün kifayətdir.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ