İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan baş nazirinin ofisinin rəhbəri: Daşnaklar həyasızdır

Ermənistan baş nazirinin ofisinin rəhbəri, keçmiş təhsil naziri Arayik Arutyunyan bu gün maraqlı məlumat daşıyan yazı dərc edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, həmin yazıda belə bir hadisə nəql edilib.

“2018-ci ilin yayını idi. Hökumət binasının dəhlizində o vaxtkı kənd təsərrüfatı naziri daşnak Artur Xaçatryanla görüşdüm, o, mənə məsləhətə ehtiyacı olduğunu dedi.

“Uşağın məktəbə getmə vaxtıdır, mənə məsləhət ver! Hara baxsam problem var!”, - deyə o, bu sözləri söylədi. Mən sadəcə donub qaldım. Bu adamlar onilliklər ərzində təhsilə cavabdeh olublar, 2018-ci ildə mən daşnak Levon Mkrtçyanı təhsil və elm naziri kimi əvəzlədim. İndi Levon yoldaş Artura uşağını hansı məktəbə qoyacağı ilə bağlı heç nə deyə bilməyib.

Xaçatryana dedim ki, mən bir nazir kimi hətta qohumlarıma belə məktəblərlə bağlı tövsiyələr vermirəm, çünki ayrı-seçkilik etməyə haqqım yoxdur.

Və bu gün yoldaş ArturXaçatryan parlamentin tribunasından hökuməti bu sözlərlə tənqid edir: “Siz təhsil sistemini şikəst etmisiniz”, - deyə Arutyunyan yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR