İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin-Rusiya əməkdaşlığının şok detalları açıqlandı: Tayvanı qəfil yaxalamaq üçün...  

Çin Rusiyaya Ukraynadakı müharibə üçün pilotsuz təyyarələrin hazırlanmasına kömək edir və ümumilikdə Rusiya hərbi sənaye kompleksini ayaqda saxlayır.

Musavat.com xəbər verir ki, bu haqda The Washington Post yazır.

Qəzet qeyd edir ki, bunun müqabilində Rusiya Çinə Tayvana hərbi müdaxilə hazırlamağa kömək edir. Nəşr “Black Moon” haker qrupunun əldə etdiyi 800 səhifəlik sənədlər toplusuna istinad edir ki, bu da Pekin və Moskva arasında hərbi əməkdaşlığın dərinləşməsini nümayiş etdirir. Sənədlər xüsusən də Rusiya ordusunun hələ də Çin ordusundan üstün olduğu bir neçə sahələrdən birində, yəni hava-desant qüvvələrində təlim və texnologiya ilə bağlı Çinə necə kömək etdiyini ortaya qoyur.

Belə ki, ötən ilin oktyabrında Rusiya Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələrinə 37 ədəd BMD-4M yüngül amfibiya hücum maşını, 11 ədəd Sprut-SDM1 özüyeriyən tank əleyhinə silah və 11 ədəd BTR-MDM hava desant zirehli transportyoru satmağa razılaşıb. 584 milyon ABŞ dolları dəyərində olan bu müqavilə, həmçinin yüksək hündürlükdən ağır yüklərin havaya buraxılması üçün nəzərdə tutulmuş bir neçə komanda və müşahidə vasitələrinin və xüsusi paraşüt sistemlərinin təhvil verilməsini əhatə edir.

Sənədlər həmçinin göstərir ki, bundan əvvəl bir neçə raund danışıqlar aparılıb, o cümlədən 2024-cü ilin aprelində Pekində keçirilən görüşdə Çin tərəfi Moskvadan müəyyən nəqliyyat vasitələrinin təhvil verilməsini sürətləndirməyi və texniki sənədləri tamamlamağı, habelə nəqliyyat vasitələrini Çinin proqram təminatı, elektronika, radio və naviqasiya sistemlərinə uyğunlaşdırmağı xahiş edib.

Digər sənədlər əvvəlcə Rusiyada, sonra isə Çində rusiyalı mütəxəssislər tərəfindən çinli desantçıların hazırlanması proqramına aiddir. Britaniyanın RUSI (Royal United Services Institute) analitik mərkəzi bu sənədləri araşdırıb və onların doğruluğunu təsdiqləyib. Hesabatlarında analitiklər iddia edirlər ki, yuxarıda göstərilənlərin hamısı Çinə “təkmilləşdirilmiş hava manevr imkanları” verəcək və “Tayvan, Filippin və regiondakı digər ada dövlətlərinə qarşı hücum variantları” imkanı yaradacaq: “Rusiya Çinə lokallaşdırma və modernləşdirmə yolu ilə analoji silah və hərbi texnikanın istehsalını artırmağa imkan verəcək texnologiyalar ötürür”.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR