İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənipərəst Nensi Pelosi seçildi, türk Mehmet Öz isə rəqibinə uduzdu

ABŞ Nümayəndələr Palatasının hazırkı spikeri Nensi Pelosi yenidən Konqresin üzvü seçilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "NBC News" kanalı məlumat yayıb.
Kaliforniya ştatının 11-ci seçki dairəsində (San-Fransisko şəhəri) Nensi Pelosi 82% səslə respublikaçı rəqibi Con Dennisə qalib gəlib.

Qeyd edək ki, Nensi Pelosi 1987-ci ildən Nümayəndələr Palatasındadır və Konqresdəki növbəti müddətinin sonunda 84 yaşına çatacaq.

ABŞ tarixində ilk türk senator olacağına ümid bəslənilən, Respublikaçılar partiyasından naizədliyini irəli sürən, doktor Mehmet Öz isə Pensilvaniya ştatında demokrat rəqibi, vitse-qubernator Con Fettermana məğlub olub. Bu vaxta qədər olan məlumata görə, Fettermanın 2,567,680 səslə (50,2%) öndə olduğu görünür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR