İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin yeni “artsax” planı - Cavaxetiya...

Gürcü politoloq: “Separatizmin bu bölgədə baş qaldırması təhlükəsi Qərbdən deyil, daha çox Rusiyadan asılıdır”

Azərbaycan 100 ildən artıq davam edən erməni separatizmini kökündən qazıyıb atdı. Yəqin ki, Azərbaycan bir daha belə bir təhlükə ilə üzləşməyəcək. Lakin ermənilərin böyük güclər qarşısında əsas xidməti məhz separatizmi alovlandırmaqdır.

Təsadüfi deyil ki, artıq erməni separatizminin yeni ünvanları barədə fikirlər səslənir. Məsələn, erməni hərbi ekspert Vladimir Poqosyan bir neçə gün əvvəl “Biz gəlib Armavir, Soçi və Krımı ala bilərik. Çünki Krımın 70%-i ermənidir”, - deyə bildirib. Bundan başqa, erməni separatizminin Gürcüstanın Cavaxetiya bölgəsində baş qaldırma ehtimalı da var.

“Bizim.media”ya danışan gürcü politoloq Gia Xuxaşvili deyib ki, Cavaxetiyada separatçı əhval-ruhiyyə həmişə olub və indi də mövcuddur: “Separatizmin bu bölgədə baş qaldırması təhlükəsi, məncə, Qərbdən deyil, daha çox Rusiyadan asılıdır. Çox təəssüf ki, Rusiya bölgədə separatizmi alovlandırmaq üçün kifayət qədər rıçaqa və bəlkə də motivasiyaya malikdir”.

Nazirlər Kabinetinin 2018-ci il üzrə hesabatı (Azər Badamov) - ARB 24  (Gündəm) - YouTube

 Azər Badamov 

Deputat Azər Badamov Azərbaycanın erməni separatizm yuvasını darmadağın etdiyini söylədi: “Ermənistanın qonşu dövlətlərin ərazilərində həmişə gözü olub. Həmişə çalışıb ki, qonşuları hesabına ərazilərini genişləndirsin və xəyallarını reallaşdırsın.  Bu çirkin niyyətlərini həyata keçirmək üçün zaman-zaman Azərbaycan torpaqları hesabına ərazilərini genişləndirib. O cümlədən 90-cı illərin əvvəlində Azərbaycan torpaqlarını işğal edərək özününküləşdirməyə çalışıb. Ermənistan rəhbərliyi son illər hətta  sərsəmləyərək yeni ərazilər uğrunda yeni müharibə edəcəklərini bəyan edirdi. Azərbaycan üç il əvvəl öz suveren ərazilərini döyüş meydanında erməni işğalı altından azad edərək suveren ərazilərin bütövlüyünü təmin etdi. Amma erməni separatizminin yuvası qarayara kimi ərazilərimizdə qalmaqda davam edirdi. 19-20 sentyabr tarixində keçirilən antiterror tədbirləri ilə Azərbaycan öz ərazilərini erməni separatizmindən tamamilə təmizlədi. Azərbaycan öz ərazisində erməni separatizm məsələsinə birdəfəlik nöqtə qoydu. Ermənilərin Türkiyəyə və Gürcüstana da ərazi iddiaları var. Azərbaycan öz ərazisində separatizmi məhv etməklə Türkiyəyə olan iddialarını məhv etmiş oldu. Amma indi Azərbaycanla planları iflasa uğrayan Ermənistan Cavaxetiya, Armavir, Soçi və Krımda əhalinin çox hissəsinin ermənilər olduğunu əsas gətirərək orada separatizmi canlandırmaq üzərində planlar qururlar. Erməni separatizmi beynəlxalq güclərin əlində öz planlarını həyata keçirmək üçün həmişə alət olub. Bu gün müəyyən güclər yenə də bu erməni separatizm alətindən yeni planlarını həyata keçirmək üçün istifadə etməyə çalışırlar. Amma Azərbaycan dünyada erməni separatizminin kökündən məhv olunmasına böyük zərbə endirib. Ona görə də yaxın dövrdə ermənilərin bu vasitədən haradasa istifadə edə bilməyəcəyini hesab edirəm”.

Əhəd Məmmədli də evlənir? » "Dünya" informasiya agentliyi

Əhəd Məmmədli 

AĞ  Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli gürcülərin bir reallığı hər zaman unutmamalı olduqlarını vurğuladı: “Poqosyan çıxışında Rusiyanı ittiham edərək deyib ki, əgər sərhədlər mövcudluğu yoxdursa, biz onda, yəni ermənilər Armavir, Soçi, Qarabağ və Bakını da alarıq. Poqosyan sözünün kontekstdən çıxarıldığını söyləyib. Görünür, cinayət təhlükəsindən qorxub geri çəkilməyə özünə yer axtarır. Ermənilərin bu cür sərsəm çıxışları həm də onların aqoniyada olduğunu göstərir. Adama deyərlər ki, nə ilə alacaqsınız, ay bədbəxt. Biz bunu əvvəllər də demişik, erməniçilik bir xəstəlikdir. Bəzi tarixçilərin məlumatına görə, 1954-cü ilədək sovet tibb ensiklopediyasında erməniçilik adlı rəsmi xəstəlik qeyd edilmişdi. Azərbaycanın son hərbi zəfərlərindən sonra bəzi ermənilər anlamağa başladı ki, bu cür şovinist xəstə təfəkkür onları məhvə və daha böyük faciələrə doğru aparır. Lakin təəssüflə, həm də qanunauyğunluqla qeyd etməliyik ki, Poqosyan kimi xəstələr hələ də ermənilər arasında çoxdur. Bu da o anlama gəlir ki, ermənilər lazımi dərsi alana qədər Azərbaycan dövləti onları ağıllandırmaqda davam etməlidir. Yəni ən azı Zəngəzur dəhlizi projesini nəzarətimiz altında olmaq şərti ilə reallaşdırmalıyıq. O ki qaldı gürcü-erməni münasibətlərinə, bu iki qonşu xristian xalqı arasında hələ 1918-1920-ci illərdə müharibə olub. O vaxt daşnak Ermənistan təkcə Azərbaycana deyil, həm də Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış edib, müharibələr aparıb. 1990-cı illərdə Abxaziyada ermənilərin Baqramyan batalyonu gürcülərə qarşı vuruşub. Gürcülərin Abxaziyadan qovulmasında ermənilərin böyük rolu olub. Bəzi mənbələrə görə hazırda Abxaziyada yerli xalqdan çox erməni yaşayır. 1990-cı illərin Qarabağ və Abxaziya eyforiyasından sonra ermənilər Cevaxetiyaya da iddia qoymağa başladılar. Düzdür, Azərbaycan Ordusunun erməni işğalını darmadağın etməsindən sonra bədnam qonşularımızın Cevaxetiya iddiaları xeyli azalacaq, lakin onların xisləti heç vaxt düzəlməyəcək. Bunu da gürcülər heç vaxt unutmamalıdırlar və Azərbaycan-Türkiyə birliyindən bərk yapışmalıdırlar ki, onlar ərazi bütövlüyünə qovuşa bilsinlər. Gürcüstanın ərazi bütövlüyünün yolu nə Amerika, nə Avropa, nə də Rusiyadan keçir, Türkiyə-Azərbaycan birliyindən keçir”.

Aqşin Kərimov: Rəisi Düşənbədə Paşinyanla görüşdü - KAFKASSAM - Kafkasya  Stratejik Araştırmalar Merkezi

Aqşin Kərimov

Siyasi şərhçi Aqşin Kərimov bildirdi ki, Cənubi Qafqaz regionunda erməni amili ilə kart almaq oyunları bitməyib: “Təbii ki, Rusiya Gürcüstandakı erməni faktorunu hansısa bir məqamda qabarda bilər. Əgər Gürcüstan indiki siyasətindən kənara çıxsa, o zaman Moskvanın əlindəki daşları rəsmi Tiflisə qarşı hədsiz bir şövqlə oynaya bilər. Ən azından bu məsələ Kremlin seyfində plan kimi var, onun işləklik dərəcəsi isə fərqli mövzudur. Belə ki, Azərbaycanla Türkiyə Gürcüstanı Rusiyanın təhdidlərindən sığortalaya biləcək mühüm elementlərə malikdir. Bakı-Ankara strateji müttəfiqlik tandemi üçün Gürcüstanla bağlı yanaşmalar Kremli narahat etmir. Ona görə ki, hər iki dövlət Rusiya ilə yaxşı münasibətlərə malikdir və Moskvada Bakı-Ankara ikilisinin Gürcüstanla bağlı narahatlıqları eşidilir. Gürcüstan Azərbaycan və Türkiyənin mövqeyinə görə onlara minnətdardır, hərçənd regionda Qərb-Rusiya qarşıdurmasının şiddəti rəsmi Tiflisi çətin vəziyyətə salmaqda davam edir. Hərarət yüksəlsə və Rusiya Ukraynada apardığı hərbi kampaniyada məğlubiyyətə düçar olsa, onda Kreml Moldova və Gürcüstan kartını paralel şəkildə dövriyyəyə sala bilər. Söhbət hər iki ölkədəki ərazi münaqişəsinin şişirdilib böyüdülməsindən gedir. Gürcüstan üçün ikinci bir təhdid isə təbii ki, ermənilərin kompakt yaşadığı ərazilərdə aktivliyini artırmaq ehtimalıdır. Azərbaycanla Türkiyə həmin ssenari üzrə ortaya çıxa biləcək təhdidləri hesablamaq potensialına malikdir. Buna görə də əvvəlcədən əldə edilmiş kəşfiyyat məlumatları vasitəsilə Moskva ilə danışıqlara gedib onu sakitləşdirmək variantını da nəzərdən keçirmək lazımdır. Azərbaycan-Türkiyə-Gürcüstan hərbi əməkdaşlıq modeli təhlükələrə qarşı müdafiə immuniteti kimi diqqətəlayiqdir”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR