Onlayn ictimai-siyasi qəzet
“Ermənistan heç vaxt “xüsusi xidmətlər”, xüsusən də Xarici Kəşfiyyat Xidməti yarada bilməyəcək”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikrin müəllifi yerli politoloq Ara Poqosyandır.
“Çünki bu cür xidmətlərdə işin effektivliyi təkcə yüksək maaşdan və ya həmin şəxsin konkret ölkədə bitirdiyi kurslardan deyil, həm də böyük və iddialı məqsədlər, mürəkkəb vəzifələri yerinə yetirmək qabiliyyətindən asılıdır” - deyə Poqosyan bildirib.
Erməni ekspert “böyük məqsəd”in nə olduğunu da açıqlayıb. Ona görə, bunun üçün ermənilərin gözü həmişə başqalarının torpağında olmalıdır.
“Bunun üçün bizə dövlət strateji hədəfi lazımdır. Buna görə, Ermənistanın dövlət sərhədləri 29,8 min kvadratmetr hüdudunda qala bilməz. Xarici kəşfiyyat xidmətinin milli arzusu və pərəstişkar ordusu olmalıdır. Əks halda, Ermənistanın uğurlu xarici kəşfiyyat xidməti olmayacaq”, - Poqosyan qeyd edib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ