İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin Ermənistana maneəsiz daşınması üçün 30 avtobus AYRILDI

Sentyabrın 24-də Qarabağdakı keçmiş qondarma rejimin başçısı Samvel Şahramanyan son hərbi əməliyyatlar nəticəsində təxliyə edilmiş, evsiz qalmış və Xocalı kəndində, Rusiya sülhməramlılarının daimi yerləşdiyi yaşayış məskəninin yaxınlığına toplaşmış ermənilərlə görüşüb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Oyuncaq rejimin “informasiya qərargahının mətbuat xidməti” bildirib ki, bir qrup şəxs Ermənistandakı qohumlarının yanına köçmək istədiklərini bildiriblər.

“Əldə olunan razılıq nəticəsində yuxarıdakı vətəndaşların Ermənistana maneəsiz daşınması üçün 30 avtobus ayrılması barədə qərar qəbul edilib.

Evsiz və çətin vəziyyətdə qalan vətəndaşların daşınması prosesi başa çatdıqdan sonra Ermənistana köçmək istəyən bütün soydaşlarımız yaxın aylarda bu fürsətə sahib olacaqlar. Hökumət lazımi yanacağın təmin edilməsi prosesini də təşkil edəcək”, - məlumatda deyilir.

Əlavə olunub ki, əməliyyatları nəticəsində evlərini və icmalarını tərk etmək məcburiyyətində qalmayan vətəndaşlardan sakit olmağı və bu proseslə bağlı rəsmi məlumatı gözləmələri xahiş edilib.

“Əhalinin yaratdığı süni maneələri nəzərə alaraq panikadan, iğtişaşlardan, zorakılıqdan və cinayətkarlıqdan çəkinməyə, təmkinli olmağa, asayişi qorumağa çağırırıq. Nəzərinizə çatdırırıq ki, proses hüquq-mühafizə orqanlarının 24 saat nəzarətindədir”, - açıqlamada vurğulanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR