Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Gürcüstandakı səfirliyi Tiflisdəki ticarət mərkəzlərində mümkün partlayıcı qurğular barədə verdiyi xəbərdarlığı geri götürüb.
Musavat.com xəbər verir ki, Gürcüstan hüquq-mühafizə orqanları ötən gün səfirliyə məlumat verərək, üç ticarət mərkəzində heç bir partlayıcı maddə aşkar edilmədiyini bildiriblər.
Bundan sonra Gürcüstanın Regional Təhlükəsizlik İdarəsi, səfirliyin səfirlik əməkdaşlarına verilən ticarət mərkəzlərindən uzaq durma tövsiyəsini geri götürüb.
Səfirlik tərəfindən verilən açıqlamaya görə, hər hansı təhlükə olmadığı üçün ABŞ vətəndaşları rahatlıqla ticarət mərkəzlərinə gedə bilərlər.
Lakin, qeyd olunur ki, təhlükəsizlik orqanları mövcud vəziyyəti davamlı olaraq izləyirlər.
Musavat.com
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ