İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Azərbaycan daxil bu ölkələrin liderlərini təbrik etdi- SİYAHI

Rusiya prezidenti Vladimir Putin, II Dünya Müharibəsindəki Qələbənin 80-ci ildönümü münasibətilə bir sıra ölkələrin liderlərinə təbrik məktubları göndərib.

Musavat.com xəbər verir ki, bu təbriklər Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistanİsrailin rəhbərlərinə, həmçinin GürcüstanMoldova xalqlarına ünvanlanıb.

Putin həmin ölkələrin liderləri ilə yanaşı, separatçı AbxaziyaCənubi Osetiya rəhbərlərinə də təbrik göndərdiyini açıqlayıb.

Putin təbrik məktubunda vurğulayıb ki, həmin xalqların faşist işğalçılarına qarşı mübarizə aparanarxa cəbhədə böyük fədakarlıq göstərən ata və babalarının əməlləri müqəddəs şəkildə yad edilir.

O, veteranlaraarxa cəbhə işçilərinə səmimi təşəkkürlərini çatdırıb, faşistlərin törətdiklərini unudmağa cəhd edənlərə qarşı hər hansı müdaxiləyə son verilməsinin vacibliyini qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

BÜTÜN XƏBƏRLƏR