Onlayn ictimai-siyasi qəzet
Rusiya və ABŞ arasında Ukrayna münaqişəsinin həlli çərçivəsində Rusiya qazının Avropaya təkrar tədarükü məsələsi müzakirə olunub.
Musavat.com xəbər verir ki, "Reuters"-in məlumatına görə, bu danışıqlarda Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və Rusiya Birbaşa İnvestisiya Fondunun (RFPI) rəhbəri Kirill Dmitriev iştirak ediblər.
Müzakirələr zamanı Vaşinqtonun, “Şimal Axını” qaz kəməri, Ukraynadakı qaz kəməri və ya “Qazprom” ilə əməkdaşlıq edərək Avropaya qaz tədarükünü bərpa etməsi ehtimalı müzakirə edilib. "Amerikanın şirkətləri həmçinin “Qazprom”dan qaz alıb, Avropaya satış həyata keçirə bilərlər",- deyə "Reuters" mənbələri bildiriblər.
Musavat.com
09 May 2025
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ