İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin ağlaşma günündə Fransa prezident seçəcək - Parisin 24 aprel sonrası Bakı siyasəti...

Qondarma “erməni genosidi” qeyd edilən gün Makronla Le Pen arasında mübarizənin həlledici turu keçiriləcək

Sabah - aprelin 24-də Fransada prezident seçkisinin ikinci turu keçiriləcək. “Yeni Müsavat” bildirir ki, 24 aprel həm də ermənilərin ümummilli ağlaşma günüdür - uydurma soyqırımı iddiasından 107 il ötür. Bu amilin seçkinin nəticələrinə hansısa təsiri olacağı istisna deyil. Çünki Fransada 700 min ermənidən 400 mini səsvermə hüququna malikdir.

Bu baxımdan namizədlərin erməni elektoratının səsini qazanmaq üçün qondarma məsələni dillərinə gətirəcəkləri istisna olunmur. Hazırda Fransada seçici bülletenlərinin 97%-nin hesablanmasından sonra hazırkı Prezident Emmanuel Makron ilk turdan sonra seçicilərin 27,6%-nin səsini qazanıb. İkinci yerdə 23,41% səslə Marin Le Pen qərarlaşıb. Lakin Le Pen millətçi baxışları ilə seçilən siyasətçi olduğuna görə onu sevmirlər və getdikcə şanslarının azaldığı deyilir. Fransa İctimai Rəyin Öyrənilməsi İnstitutunun (IFOP) dərc etdiyi məlumata görə, ikinci turu hazırkı dövlət başçısı Emmanuel Makronun qələbəsi ilə başa çata bilər. Belə ki, sorğunun nəticələrinə görə, Le Pen 44,5%, Makron isə 55,5% səsə ümid edə bilər.

Bununla belə, 24 apreldən sonra Makron hakimiyyətsə qalarsa, Parisin Azərbaycan siyasətində hansısa düzəlişlər gözlənilirmi? Çünki Makron prezident olduğu illərdə tam ermənipərəst mövqeyi ilə seçilib. Bundan əvvəlki Fransa prezidentləri - nə Olland, nə Sarkozi onun qədər ermənipərəst siyasətçi olmayıblar. Amma Makron tamamilə Ermənistanı dəstəkləyir. Hətta Azərbaycanı təcavüzkar belə adlandırıblar - rəsmi Paris Bakını Ermənistanın suveren ərazilərinə daxil olmaqda ittiham etmişdi.

Lakin son vaxtlar Makronun Azərbaycana münasibətində müəyyən yumşalmalar hiss edilir. Xüsusən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən Brüssel görüşlərinin buna təsir etdiyi istisna deyil. O baxımdan Makronun qələbəsi Fransa-Azərbaycan münasibətlərinə necə təsir göstərə bilər?

Əhəd Məmmədli: İsrail bütün etdiklərinin bədəlini ödəyəcək - Islam Times

Əhəd Məmmədli

Siyasi ekspert Əhəd Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Jak Şirakın vaxtında atası Jan Mari Le Pen ikinci turda məğlub olmuşdu, indi də qızı Marina Le Pen ikinci tura keçib. Amma Fransa xalqında millətçilik 40 faiz təşkil edir və bu da ikinci tura çıxmağa kifayət edirdi, qələbəyə deyil. Ona görə əminliklə deyə bilərəm ki, Makron qalib gələcək. ABŞ da bunu istəyir, ona görə Le Penin şansları azdır".

Seçki günü qondarma soyqırımla bağlı çıxışlara gəlincə, Ə.Məmmədlinin fikrincə, Fransanın bundan o yana edəcəyi qalmayıb: “Uydurma soyqırımı tanıyıb, Ermənistana hər cür dəstək verib, daha artıq nə etsin? Bundan sonra deyə bilərlər ki, Qarabağı alıb sizə verəcəyik, bu da absurd görünür. Çünki  etməzlər. Sadəcə Le Pen qalib gəlsə, ”artsax"ı tanıya bilər".

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, Fransa dövlətinin Ermənistana münasibəti dəyişməzdir. Onun fikrincə, Le Pen qalib gəlsə, daha betər şəkildə ermənipərəstliyi müşahidə edə bilərik, amma Fransanın fundamental şəkildə mövqeyinin dəyişəcəyini gözləmək olmaz: “Fransa artıq özünü çoxdan ermənilərin yanında olan bir dövlət kimi tanıdıb. Biz hər nə qədər desək də, onların Azərbaycana və Türkiyəyə münasibətini dəyişə bilmərik. İstər Makron, ya Le Pen olsun, biz ermənipərəst siyasət görəcəyik. Sadəcə, Azərbaycan-Fransa əlaqələri iqtisadi müstəvidə inkişaf edə bilər. Eyni zamanda, Şarl Mişelin fransız olmasına baxmayaraq, Avropa İttifaqının bu məsələlərdə hələ ki ədalətli vasitəçilik həyata keçirdiyini görürük. Mişel Fransada nazir olub və prinsipcə, ermənipərəst mövqeyi ilə seçilə bilərdi. Bütün hallarda Fransa seçkilərinin nəticələrindən sonra biz müstəsna halın şahidi olmayacağıq. Makronun şansları daha yüksəkdir və Le Pendən fərqli olaraq, onun addımları bizə tanışdır. Le Penin nə edəcəyini indidən hesablamaq olmur”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR