Onlayn ictimai-siyasi qəzet
“Qarabağda həyata keçirilən antiterror tədbirlərindən sonra Qarabağ ermənilərinin Rusiyaya köçürülməsi ilə bağlı çağırışlar səslənir. Mən qəti şəkildə buna qarşıyam”.
Musavat.com xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko öz Facebook səhifəsində yazıb.
Ekspert bildirib ki, əgər Qarabağ erməniləri Azərbaycan vətəndaşı olmaq istəmirlərsə, o zaman onlar ABŞ və ya Fransaya təxliyə edilsin.
“İndi əsas odur ki, onlar Krasnodar və ya Soçidə hardasa “Artsax” yaratmağa çalışmasınlar. Marsel və ya San Fransiskoda isə problem yoxdur!” - Korotçenko əlavə edib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ