İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərə casusluq edən Fidan məhkəmə QARŞISINDA

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Fidan Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

News24.az-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs sərbəst ifadə verib. O özünü ittihamlarda təqsirli bilməyib. Qeyd edib ki, o Ermənistanın xüsusi xidmət orqanları ilə məkdaşlıq etməyib: "Telegram kanalında bir nəfər Rusiya vətəndaşı ilə tanış olmuşam. Məqsədim tanışlıq olub. Mən ona Azərbaycan barədə məlumat vermək məqsədim olmayıb".

Proses sentyabrın 25- də davam etdiriləcək.

İttihama görə, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Fidan Əliyeva "Telegram"sosial şəbəkəsində Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı ilə tanış olub. O uzun müddət həmin şəxsə Azərbaycan haqqında məlumatlar verib, foto və video görüntülər göndərib.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Fidan Əliyeva saxlanılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR