Onlayn ictimai-siyasi qəzet
Türkiyəli müğənni Murat Dalkılıç bir daha bıçaq altına yatıb. İfaçı burun problemi səbəbilə 11-ci dəfə əməliyyat olunub.
Musavat.com xəbər verir ki, 41 yaşlı sənətçi əməliyyatdan sonra sosial media hesabında çəkilmiş ilk şəklini izləyiciləri ilə bölüşüb.
Onun paylaşımı pərəstişkarlarının diqqətindən yayınmayıb, sosial şəbəkə istifadəçiləri Dalkılıça tezliklə sağalmağı arzulayıblar.
Qeyd edək ki, Murat Dalkılıçın burun quruluşu doğuşdan çölə əyimli olduğu üçün nəfəsalma çətinliyi yaşayır. Bu səbəbdən ifaçı son illərdə dəfələrlə cərrahi müdaxiləyə ehtiyac duyub.
Musavat.com
06 Iyul 2025
05 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ