İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna rəsmisi: “Rusiya danışıqlarını təkrarlamaq istəyir, bu, baş tutmayacaq”

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Rusiyanın bu gün İstanbulda keçirilən görüşləri 2022-ci il danışıqları ilə eyniləşdirmək cəhdlərinə sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, Yermak bunun mümkün olmadığını və keçmişlə paralel aparmağın mənasız olduğunu bildirib.

“Ruslar bu günü 2022-ci ilə bağlamağa çalışırlar. Lakin bu danışıqlarla həmin dövrü əlaqələndirən yeganə element şəhər olaraq İstanbuldur. Bundan başqa heç bir oxşarlıq yoxdur. Rusiyanın bu cəhdləri nəticəsiz qalacaq,” – deyə Yermak açıqlamasında bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR