İnsanlara hürriyət, millətlərə istiqlal!

Atəşkəs çağırışı İstanbuldan gəldi: “Bu görüş liderlərin dialoquna yol açacaq”

Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşü öncəsi Türkiyənin xarici işlər naziri Hakan Fidan açılış nitqi ilə çıxış edib.

Musavat.com xəbər verir ki, Fidan öz çıxışında hər iki tərəfi sülhə çağırıb və görüşün tarixi əhəmiyyətini vurğulayıb.

Nazir bildirib ki, 2022-ci ilin mart ayından bu yana ilk dəfə belə bir görüş baş tutur və Türkiyə hər iki tərəfi eyni masada görməkdən məmnundur. O qeyd edib ki, qarşıda iki yol var – biri sülhə, digəri isə daha böyük dağıntılara aparır və tərəflər hansı yolu seçəcəklərinə özləri qərar verəcəklər.

Fidan atəşkəsin tezliklə əldə edilməsinin zəruriliyini vurğulayıb və qeyd edib ki, Rusiya ilə Ukraynanın həm ABŞ Prezidenti Donald Trampın, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sülh çağırışlarına diqqət yetirməsi önəmli göstəricidir.

Türkiyə XİN rəhbəri həmçinin əlavə edib ki, bu görüş gələcəkdə Rusiya və Ukrayna liderləri arasında baş tuta biləcək birbaşa görüşün əsasını qoya bilər.




Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR