İnsanlara hürriyət, millətlərə istiqlal!

Muğam Mərkəzində canlı yayım zamanı partlayış – Musiqiçilərin soyuqqanlı davranışları GÜNDƏM OLDU

Dünən axşam saatlarında Muğam Mərkəzində keçirilən IX “Muğam” Televiziya Müsabiqəsinin canlı yayımı zamanı zamanı gözlənilməz hadisə yaşanıb.

Musavat.com xəbər verir ki, iddialara görə, səhnə arxasında işıq qurğularından biri qəfil partlayıb.

Partlayış səsi zalda əyləşən tamaşaçılar və musiqiçilər arasında çaşqınlıq yaradıb.

Ən diqqətçəkən məqam isə səhnədə çıxış edən musiqiçilərin peşəkar davranışı olub. Onlar özlərini itirməyərək ifanı yarımçıq qoymadan davam etdiriblər.

Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib, lakin ilkin ehtimallara əsasən, texniki nasazlıq səbəbindən işıq qurğularından birində qısaqapanma baş verib.

Sözügedən hadisənin görüntülərini təqdim edirik

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

16 May 2025

BÜTÜN XƏBƏRLƏR