İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənilərdən Azərbaycana qarşı istifadə etməyə çalışacaqlar” - RƏY  

“Beynəlxalq təşkilatlar ermənilərin regionda qalmasında maraqlıdırlar. Qərb dövlətləri, Rusiya bütün vasitələrlə ermənilərin siyasi mövcudluğunun saxlanılmasına çalışır”.

Bu fikirləri Musavat.com-a Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib.

Onun sözlərinə görə, Qarabağda ermənilərdən Azərbaycana qarşı istifadə etməyə çalışacaqlar: “Rusiya mövqeyini gizləmir. ABŞ başda olmaqla, Qərb də ərazidə xristian əhalisi olduğu müddətdə Azərbaycanın mərkəzi hakimiyyətinə təsir etməyə çalışacaq. BMT missiyasının səfəri də bu  niyyətlə bağlıdır. Azərbaycan dəfələrlə  ermənilərin törətdikləri cinayətləri ifşa etmək üçün BMT missiyasını regiona dəvət edib. Yeri gəlmişkən, ermənilərin səsləndirdiyi rəqəmlər də gülüncdür.

Qısa müddətdə təxminən 100 min erməninin köçü fiziki cəhətdən mümkün deyil. Bunun məqsədi “etnik təmizləmə”, “soyqırım” görüntüsü yaratmaq, xüsusi status əldə etməkdir. Bu baxımdan Azərbaycan kifayət qədər diqqətli olmalıdır. Azərbaycan humanist dövlətdir. Qalmaq istəyən ermənilərə onları qane edəcək şərait yaradılacaq. Gedənlərin geri dönməsinə isə imkan vermək olmaz”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR