Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Krasnodar vilayətində baş vermiş dəhşətli hadisə ilə bağlı yeni təfərrüat ortaya çıxıb.
"BMW X6" markalı avtomobil ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən dayanacaqdan yüksək sürətlə hərəkət edərək birbaşa avtomobil yoluna düşüb. Nəticədə maşında olan sürücü, qadın və uşaq həyatını itirib.
Məlum olub ki, avtomobili idarə edən 37 yaşlı erməniəsilli Rusiya vətəndaşı Rafael Arakelyan olub. Həmçinin maşında ölən digər iki sərnişin 37 yaşlı Yekaterina və onun oğlu 12 yaşlı oğlu Dima olub. Qadının həyat yoldaşı Aleksey baş verənlər haqqında yalnız hadisə televiziyada yayımlandıqdan sonra xəbər tutub.
Arvadının xəyanətini isə qəzadan cəmi iki gün öncə öyrənib.
Belə ki, 10 ildir evli olan qadın Rafaeldən dörd aylıq hamilə olub. Əri Aleksey isə Yekaterinanın bətnindəki uşağın özündən olduğuna əmin olub. Rafael eyni zamanda onların ailə dostu olub. Aleksey və Yekaterina onunla üç il əvvəl tanış olublar və məlum olub ki, qadın demək olar, tanışlıqdan dərhal sonra ərinə Rafaellə xəyanət etməyə başlayıb.
Qəzadan iki gün əvvəl Aleksey, Rafael və Yekaterina arasında ciddi söhbət baş tutub. Aleksey arvadının üç ildir Rafaellə münasibətdə olduğunu və uşağın ondan olmadığını öyrənib. Cütlüklə danışdıqdan sonra Aleksey onları tərk edib, bununla belə hansısa şikayət irəli sürməyib və boşanma haqqında da danışmayıb.
Alekseyin sözlərinə görə, Rafael tez özündən çıxan və emosional adam olub, əvvəllər narkotiklə bağlı problemlər yaşayıb, hətta narkotik asılılığı olanlar üçün klinika da açıb. Ərin versiyasına görə, Rafael münaqişə zamanı onun həyat yoldaşını, oğlunu və özünü öldürmüş ola bilər.
Hazırda müstəntiqlər məhz bu versiyanı araşdırırlar. Belə ki, videodan da göründüyü kimi, avtomobilin sürücüsü hətta əyləci basmağa belə cəhd etməyib./oxu.az
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ