İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni qabaqdangəlmişliyi və Simonyandan utanmazcasına İDDİALAR

““Nemesis” abidəsinin qoyulması qərarını yerli hökumət qəbul edib, bu qərar Ermənistanın xarici siyasətinin təzahürü kimi qəbul edilməməlidir”.

Musavat.com xəbər verir ki, bunu Türkiyədə yerli jurnalistlərlə görüşündə Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Ölkəsində türkləri (Türkiyə və Azərbaycan türklərini-M.) qətlə yetirən təşkilata abidə qoyulmasını ört-basdır etməyə cəhd göstərən Alen Simonyan az qalıb ki, Türkiyəni hava dəhlizini Ermənistanın üzünə bağladığına görə ittiham etsin.

“Təəssüf ki, abidənin qoyulması Türkiyədə belə reaksiyaya səbəb oldu, mən türk həmkarımla bu məsələni müzakirə etdim. “Nemesis” abidəsinin qoyulması qərarını yerli hökumət qəbul edib, bu qərar xarici siyasətin təzahürü və ya Ermənistanın qonşuluqdan kənar addımı kimi qəbul edilməməlidir. Ermənistanın xarici siyasətini baş nazir və xarici işlər naziri həyata keçirir, hamınız bu səviyyədə qərarların şahidisiniz”, - Simonyan iddia edib.

Ermənistan parlamentinin sədri minnət qoyurmuş kimi, qeyd edib ki, əgər istəsən, münasibətlərin pisləşməsi üçün hər zaman səbəb tapa bilərsən. “Mən özüm də Türkiyəyə getməmək üçün min səbəb tapa bilərdim. Ancaq mən Türkiyə cəmiyyətinə Ermənistanın sülhə və ilkin şərt olmadan münasibətlərin tənzimlənməsinə hazır olduğunu bildirmək üçün buradayam. Ermənistan münasibətləri normallaşdırmaq niyyətində tamamilə səmimidir. Başa düşməliyik ki, yol asan olmayacaq. Ancaq buna baxmayaraq, biz irəli getməliyik. Ümid edirəm ki, türkiyəli tərəfdaşlar da irəliləyəcəklər və biz bu tarixi fürsətdən yararlanaraq, özümüz və region üçün yeni səhifə açacağıq”, - deyə Alen Simonyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR