İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloq: “Ermənistanın KTMT-dən çıxmasını qeyri-real hesab edirəm”

Rusofobiya Ermənistanı getdikcə öz ağuşuna alır, üstəlik, parlamentdənkənar partiyalar bu istiqamətdə ciddi şəkildə çalışır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikrin müəllifi erməni politoloq Arsen Qasparyandır.

Lakin erməni ekspertin fikrincə, nə Ermənistanın KTMT-dən çıxması, nə Rusiyanın Gümrüdəki bazasını çıxarması, nə də Rusiya sərhədçilərinin Türkiyə-Ermənistan sərhədindən getməsi real görünür.

Onun sözlərinə görə, Ermənistanın birinci və ikinci prezidentlərinin hakimiyyəti dövründə Rusiya ilə sistemli əlaqələr qurulub, 2008-ci ildən bu münasibətlərdə ətalət, hətta sistemli şəkildə tənəzzül yaranıb.

Erməni politoloq iddia edib ki, Rusiya “Lavrov planı”na əsasən, Qarabağ ətrafındakı beş rayondan Ermənistan ordusunun çıxarılması şərti ilə İrəvanın Qarabağ, Laçın və Kəlbəcər üzərində nəzarətinə zəmanət verməyə hazır imiş.

“Bu təkliflər dəfələrlə səsləndirilib, lakin rəsmi İrəvan həmin vaxt belə bir nizamlama planından imtina edib, bu da Ermənistanda strateji düşüncənin olmaması ilə bağlıdır. Əgər Rusiya müharibəni dayandırmasa və Qarabağa sülhməramlılar göndərməsəydi, 2020-ci ildə erməni tərəfi üçün daha fəlakətli nəticələr baş verəcəkdi”, - deyə o, qeyd edib..

Qasparyanın fikrincə, 9 noyabr 2020-ci il bəyanatı ATƏT-in Minsk Qrupunu məhv edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR