İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanova Kadiyə görə elə bir şəxsdən telefon zəngi gəldi ki…

"Krasnodar"ın baş məşqçisi Murad Musayev "Qababağ"lı həmkarı Qurban Qurbanovla əlaqə saxlayıb.

Rusiyalı çalışdırıcı onunla Kadi Borgeslə bağlı söhbət edib.

Bilindiyi kimi, braziliyalı vinger bu ilin iyulunda "Krasnodar"dan ayrılaraq, "Ferentsvaroş"a keçib. "Sambaçı" Macarıstan klubu ilə 3 illik müqavilə imzalayıb.

28 yaşlı oyunçu 2021-2023-cü illər ərzində "Qarabağ"da çıxış edib.

Musavat.com sportinfo.az-a istinadla bildirir ki, Ağdam təmsilçisinin 5 milyon avro qarşılığında satdığı legioner 2023/24 mövsümündə Rusiya klubunun heyətində bütün turnirlərdə 33 oyun keçirib, 4 qol vurub, 3 qolun ötürməsini edib.

Murad Musayev Qurban Qurbanovla danışığında ona Kadinin "Qarabağ"a dönüşünin gerçəkləşməməsinə görə təəssüflənməməyini deyib.

Ötən mövsümün ilk yarısına kimi "Sabah"ı çalışdırmış mütəxəssis Azərbaycanda işlədiyi müddətdə yaxından tanıdığı və münasibət qurduğu həmkarına cənubi amerikalı legioner barədə mənfi fikirlər söyləyib.

O, Kadini intizamsız və rejimə məhəl qoymayan biri kimi xarakterizə edib. Braziliyalının "Krasnodar"da olduğu müddətdə dəfələrlə problem çıxardığını söyləyən Musayev Qurbanova maraqlı etiraf edib.

Rusiyalı ona "Mən heyrət içindəyəm ki, siz Kadi ilə necə çalışmısız. Çox qeyri-peşəkar futbolçudur. Onunla işlədiyim aylarda daim əziyyət çəkdim" söyləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR