Onlayn ictimai-siyasi qəzet
“4 il ərzində aparılan danışıqlarda Azərbaycan Ermənistana qarşı tələblərinin limitini müəyyənləşdirməyib. Hər dəfə Bakı yeni ilkin şərtlər irəli sürür, yerinə yetirilmədiyi təqdirdə müharibə ilə hədələyir”.
Musavat.com xəbər verir ki, bunu erməni revanşist ekspert Qarnik Davtyan deyib.
Onun iddiasına görə, Azərbaycan tərəfi bu gün konstitusiyanın dəyişdirilməsində və Sünikdən dəhlizin verilməsində israrlıdır, lakin iş bununla məhdudlaşmayacaq:
“Bu tələblərin yerinə yetirilməsi əsas tələblərə keçmək üçün tramplin rolunu oynayacaq. Bugünkü konstitusiya Ermənistanın ərazi bütövlüyünü qoruyur. Ona görə də mövcud konstitusiya ilə dəhliz təmin edilə bilməz. Yeni konstitusiyanın qəbulu ilə bağlı çoxlu təcili tələblər var. Bu güzəştlər Ermənistan hakimiyyəti tərəfindən İrəvana iqtisadi səmərə vermək istəyi kimi təqdim olunacaq, lakin reallıqda dəhliz Ermənistanı iki hissəyə bölərək, Bakının Ermənistanın cənub hissəsinə nəzarətini asanlaşdıracaq”.
Davtyanın fikrincə, bundan sonra Bakı “Qərbi” Azərbaycan kontekstində azərbaycanlıların Ermənistan ərazisində məskunlaşdırılmasında təkid edəcək. Onun sözlərinə görə, Azərbaycan tərəfi bu məsələni beynəlxalq platformalarda çoxdan fəal şəkildə təbliğ etməyə başlayıb.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ