İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ordusundakı yanğına görə komandir heyəti cəzalandırılacaq

Ermənistandakı hərbi hissədə baş verən faciəvi yanğınla bağlı ordunun yüksək vəzifəli şəxslərinin vəzifədən azad edilməsi gözlənilir. Musavar.com bu barədə erməni mediasına istinadən xəbər verir. Məlumata görə, ikinci korpusun komandiri və Silahlı Qüvvələrin yanğından mühafizə xidmətinin rəisi vəzifəsindən azad ediləcək.

Xəbər verildiyi kimi, ötən gecə saat 01.30 radələrində Göyçə vilayətindəki hərbi hissələrdən birində yanğın baş verib. İlkin məlumatlara görə, 15 hərbçi həlak olub, azı 3 yaralı var. Hadisənin mühəndis istehkam bölüyündə baş verdiyi bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR