İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni lobbisi ABŞ-da “Atatürk” serialının nümayişini ləğv etdirib –Türkiyədən etiraz

Türkiyədə fəaliyyət göstərən müxalif İYİ Partiyanın sözçüsü Kürşad Zorlu ABŞ-ın serial/film platforması Disneyin “Atatürk” serialının yayınını dayandırmasına münasibət bildirib.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, hakim AKP-nin sözçüsü Ömər Çelik də Disneyin bu qərarına reaksiya göstərərək, "Amerikanın film platformasının erməni lobbisinin təzyiqinə tab gətirərək "Atatürk" serialını yayımlanmadan imtina etməsinin “utancverici” olduğunu deyib.

Kürşad Zorlunun açıqlamasında aşağıdakı fikirlər yer alıv: “Mustafa Kamal Atatürk türk milləti deməkdir. Disneyin Türkiyə düşmənlərinin yalan kampaniyada alət olmamasını arzu edirik. Əgər belə bir qərar verilərsə, platformaya üzv olan bütün vətəndaşlarımızı üzvlüklərinə xitam verməyə çağırırıq”

AKP sözçüsü Ömər Çelik isə sosial media hesabında belə yazıb:

* Amerikada yerləşən bir serial/film platformasının erməni lobbisinin təzyiqinə uyaraq “Atatürk” serialını yayımlamadan ləğv etməsi utancvericidir.

* Sözügedən platformanın bu münasibəti Türkiyə Cümhuriyyətinin və millətimizin dəyərlərinə hörmətsizlikdir.

* Əvvəllər müxtəlif hallarda qeyd etdiyimiz kimi, ABŞ-dakı bu qondarma “soyqırım şəbəkəsi” tarixi hadisələrdən yalan siyasəti üçün alət kimi istifadə edir.

* Bu lobbinin yeganə məqsədi dəfələrlə göründüyü kimi Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının qarşısını almaqdır.

* Bu şəbəkələrin fəaliyyətinin Atatürk və Türkiyə Respublikasının qarşısında yox kimidir. Bu şəbəkələrə boyun əyənlər utansın”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR