İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni jurnalistin bu sualı Zaxarovanı özündən çıxardı

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin Rusiya-Azərbaycan münasibətləri barədə sualına emosional reaksiya verib.

Erməni jurnalistin sualını cavablandıran rusiyalı diplomat deyib: "Siz doğrudanmı başa düşmürsünüz ki, bizim ikitərəfli gündəliyimiz barədə sual erməni mediası nümayəndəsinin dilindən necə gülməli səslənir?"

Zaxarovanın sözlərinə görə, bu sual Rusiya-Azərbaycan münasibətlərinin ikitərəfli əsaslarda inkişaf etməsi və Bakı ilə İrəvan arasında münaqişənin həlli məsələsinə aidiyyətı olmaması kontekstində "absurd" səslənir.

XİN-in rəsmi nümayəndəsi vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətləri ilə bağlı məsələlər müstəsna olaraq iki dövlət arasında həll olunur və onları üçüncü tərəfin maraqları ilə əlaqələndirmək cəhdləri yersiz görünür. O, Ermənistan media nümayəndələrinin Rusiya-Ermənistan gündəminin əsas aspektlərinə məhəl qoymadan sırf üçüncü ölkələrin ikitərəfli münasibətləri ilə bağlı suallar verməsindən təəccübləndiyini bildirib.  (Trend)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Fevral 2025

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR