İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən BMT TŞ-nin Şimali Kiprlə bağlı qərarına ETİRAZ

Türkiyə Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının (TŞ) Şimali Kiprdəki sülhməramlı missiyasının daha bir il uzadılmasına qarşı çıxıb.

Musavat.com TRT Haber”ə istinadən xəbər verir ki, nazirlik bununla bağlı rəsmi açıqlama yayıb.

Bəyanatda vurğulanıb ki, qərar qəbul edilərkən yenə də Şimali Kiprin razılığı alınmayıb: “Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının artıq gündəmdən çıxmış və etibarlılığını itirmiş həll modellərinə istinad etməkdə davam etməsi bizi təəssüfləndirir”.

Türkiyə rəsmiləri bildiriblər ki, Ankara Şimali Kiprin atdığı bütün addımları tam şəkildə dəstəkləyəcək.

“Kipr məsələsinin ədalətli, qalıcı və davamlı həlli yalnız yerdəki faktlar əsasında tapıla bilər. Biz BMT TŞ-i bu reallığı qəbul etməyə və Şimali Kipr xalqının suveren hüquqlarını təsdiqləməyə çağırırıq”, - bəyanatda qeyd olunub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Fevral 2025

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR