İnsanlara hürriyət, millətlərə istiqlal!

Şok fakt: Kredit kartı istifadə edənlər daha çox pul itirir!

"Kredit kartı istifadə edənlər, nəğd pul istifadə edənlərə nisbətən 25-30% daha çox xərcləyirlər".

Musavat.com bildirir ki, bu barədə iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

Ekspertin fikrincə, kredit kartı ilə alış-veriş etməyin insanın pul xərcləmə həvəsinə ciddi təsiri var:

"Bir çox tədqiqatlar bunu təsdiqləyir. Səbəb sadədir. Nəğd pul istifadə edərkən hər dəfə pul xərclədikdə, fiziki olaraq pulun əllərindən çıxması insanlara itki hissi yaradır, bu da xərclərin azaldılmasına səbəb olur. Lakin, kredit kartı ilə alış-veriş etdikdə, bu hissiyat olmur. İnsanlar kartla ödəniş etdikdə, pulun real olaraq əllərindən çıxmadığını hiss etmədikləri üçün daha rahat xərcləyir və alış-verişə daha çox meyl edirlər".

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Fevral 2025

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR