Onlayn ictimai-siyasi qəzet
Sosial şəbəkələrdə fevral ayının 1-dən etibarən marketlərdə çörəyinin qiymətinin artımı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Musavat.com “Report”a istinadən xəbər verir ki, çörək istehsal edən tanınmış şirkətlərdən biri yeni çeşiddə məhsulu istehsala buraxacaq.
Belə ki, marketlərdə 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə yanaşı, fevral ayının 1-dən etibarən yeni çəkidə, yeni qiymətə - 65 qəpiyə 620 qramlıq zavod çörəyi ikinci çeşid kimi tədarük olunacaq.
Bütün bunlar onu göstərir ki, əslində sosial şəbəkələrdə qiymət artımı barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Söhbət yalnız yeni çeşiddə çörəyin satışa çıxarılmasından gedir.
01 Fevral 2025
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ