İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni hərbçilər qəzaya uğradı

Ermənistanın Şirak rayonunda ağır yol qəzası baş verib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, 24 yaşlı A.Saruxanyanın idarə etdiyi “Volkswagen” markalı avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və bir neçə dəfə aşıb.

Avtomobilin sürücüsü və 22 yaşlı sərnişin, Şirak rayon sakini D.Saruxanyan Gümrü tibb mərkəzinə aparılıb.

Hadisə zamanı xəsarət alanların Ermənistan Müdafiə Nazirliyinin N saylı Hərbi Xidmətinin müqaviləli hərbçiləri olduğu məlum olub.
Faktla bağlı cinayət işi başlanıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR