Onlayn ictimai-siyasi qəzet
Ermənistan Silahlı Qüvvələrinin bir hərbçisi Marqara–Vanadzor magistral yolunda baş verən yol qəzası nəticəsində həyatını itirib, daha üç hərbçi və üç mülki şəxs yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə Shamshyan.com məlumat yayıb.
Hadisə bu gün günorta saatlarında Armavir vilayətinin Crarat kəndi yaxınlığında baş verib. Nissan və QAZ-24 markalı avtomobillərin toqquşması nəticəsində yaralananlar xəstəxanaya çatdırılıb.
Təəssüf ki, onlardan biri – hərbi qulluqçu xəstəxanada vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.
Musavat.com
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ