İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni əsgərlərin yandığı kazarmadan görüntülər

 


Ötən gecə saatlarında yanğın baş verən Geqarkunik (Basarkeçər, Ağkilsə-M.) rayonunun Azat kəndində yerləşən Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühəndis istehkam bölüyünün yanğından sonrakı vəziyyətini əks etdirən kadrlar yayılıb.

Musavat.com bildirir ki,  NEWS.am hadisə yerindən fotoları və videokadrları təqdim edib.

Kazarmanın yerləşdiyi tikilidən görünür ki, erməni ordusu olduqca miskin durumdadır. 

Xatırladaq ki, yanvarın 19-da saat 01:30 radələrində Ermənistan Müdafiə Nazirliyinin N-ci hərbi hissəsinə məxsus mühəndis rotasının sığınacağında baş verən yanğın nəticəsində 15 hərbçi ölüb. 2 nəfərin reanimasiyada olduğu bildirilir.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR