İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspertdən sərsəm iddia: Türkiyə İsveçin üzvlüyünə razılıq verməsi üçün...

Ermənilərin Qarabağdan çıxarılması Türkiyənin İsveçin NATO-ya daxil olması üçün ilkin şərtlərindən biridir.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, belə bir iddia erməni politoloq Stepan Danielyan tərəfindən səslənib.

Onun sözlərinə görə, Türkiyə prezidenti Ərdoğanın Vilnüsdə keçirilən sammit zamanı Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması məsələsini təsadüfən qaldırmayıb.

“Türkiyənin növbəti şərti Sünikin təslim olmasıdır.

Ermənistanın indiki hakimiyyəti bilərəkdən bu istiqamətdə hərəkət edir.

Bu hökumətin istefası ilə vəziyyət dəyişə bilər, amma bunun üçün insanlar lazımdır”,-deyə Danielyan yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR