İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: Ermənistan xarici siyasətini tamam dəyişdirib

Ermənistanın xarici siyasəti ciddi dəyişikliklərə məruz qalıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin keçmiş müavini Avet Adonts deyib.

“Bu, çox problemli xarici siyasətdir. Ermənistanın həm geosiyasi vəziyyəti, həm də coğrafi mövqeyini nəzərə alsaq, belə bir siyasət sadəcə olaraq qəbuledilməzdir”, - deyə o qeyd edib.

 Adontsun sözlərinə görə, bu cür siyasət heç bir halda Ermənistanın maraqlarını qorumayacaq və ölkənin təhlükəsizliyinin, o cümlədən iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün mövcud olan perspektivlərə uyğun gəlmir.

Erməni diplomat Ermənistanın AB-yə üzvlük perspektivinə də toxunub. “Avropa belə bir məsələnin gündəliyə salınmasına hazır olsa da, Ermənistanı öz sıralarına qəbul etməyəcək. Məsələn, Türkiyə onilliklərdir ki, AB-yə daxil olmaq üçün gözləyir, Ukrayna və Gürcüstan da çox səy göstərib, lakin hələlik heç bir nəticə yoxdur. Ermənistanda demokratiyanın keyfiyyəti, insan və fundamental hüquqlara hörmət, hüquq-mühafizə orqanlarının vəziyyəti və bütövlükdə iqtisadiyyatla bağlı çoxlu daxili problemlər var. Bütün bunlar AB standartlarına yaxın belə deyil”, - deyə o bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR