Onlayn ictimai-siyasi qəzet
Erməni diplomat Akopyana görə, yaxın gələcəkdə Rusiya ilə Türkiyə arasında toqquşma qaçılmazdır. Yaxın gələcəkdə Türkiyə ilə Rusiya arasında qarşıdurmanın başlayacağını gözləməliyik, bu qaçılmazdır.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Sankt-Peterburqdakı keçmiş baş konsulu, analitik Vardan Akopyan deyib.
“Bu ölkələr arasında münasibətlərin tarixinə nəzər saldıqda qeyd etmək lazımdır ki, müxtəlif dövrlərdə ölkələr enerji sektorunda fəal əməkdaşlıq ediblər. Bununla belə, həm keçmişdə, həm də indiki dövrdə həmişə bu buludsuz münasibətlərin fonunda gərginlik yaşanıb. Bu gərginlik daim havada qala bilməz, gec-tez bir partlayış baş verəcək”, - deyə Akopyan bildirib.
Erməni keçmiş diplomat Türkiyənin bölgəyə iddialarının, xüsusən də Ermənistana münasibətdə özünü necə göstərə biləcəyi ilə bağlı məsələyə də toxunub:
“Türkiyənin müdaxiləsindən danışanda hər kəs dərhal 1915-ci ili göstərir, amma reallıqda bu siyasi işğal ola bilər. Yaxud bu işğal, məsələn, bəzi yollarda təhlükəsizliyi təmin etmək üçün razılaşmalara əsaslana bilər. Bu, həm də iqtisadi ekspansiya şəklində ola bilər”, - deyə revanşist ekspert qeyd edib.
Musavat.com
12 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ