İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputatın oğlu sahibkarı vəhşicəsinə döyüb

Ermənistan polisi hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Sergey Baqratyanın oğlu Şant Baqratyanı saxlayıb. AzVision.az xəbər verir ki, bu barədə İrəvanın kriminal saytı "Şamşiyan" məlumat yayıb.

Bildirilir ki, o, Vayots Dzor bölgəsində 45 yaşlı kişini döyərək xəsarət yetirməkdə şübhəli bilinir.

"Aprelin 2-də saat 17:30-18:00 radələrində naməlum şəxslər Tamsar yanacaqdoldurma məntəqəsinin direktoru Vahe Asatryanın ofisinə daxil olaraq onu döyməyə başlayıblar. Həmin şəxslərdən biri, ehtimal ki, 27 yaşlı Baqratyan olub və o kişini metal dəyənəklə vurub.

Faktla bağlı cinayət işi başlanıb. Aprelin 18-də istintaq orqanı Baqratyanın 2 ay müddətinə həbs olunması üçün müraciət edəcək", - məqalədə yazılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR