İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputatdan sarsaq iddia

“Biz Qarabağ məsələsinə hələ çox toxunacağıq”.

Musavat.com-un məlumatına görə, bunu Ermənistan parlamentində jurnalistlərlə söhbətində hakim “Mülki müqavilə” partiyasından olan deputat, Milli Assambleyanın müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan Nazirlər Kabinetinin bir gün əvvəl Nikol Paşinyanın rəhbərliyi ilə keçirilən iclası demək olar ki, tamamilə Qarabağ məsələsinə həsr olunmuşdu, bu mənada hakimiyyətin gündəmində Qarabağ məsələsinin olmadığını necə düşünmək olar?

“Qarabağ məsələsi demək olar ki, bütün təbəqələr tərəfindən, bütün iclaslarda müzakirə olunur. Qarabağ məsələsinin bağlandığını deyirsən, sonra da bildirirsən ki, baş nazir bunu niyə müzakirə edir? Beləliklə, baş naziri bunu müzakirə etməkdə günahlandırırsınız?”, - Xaçatryan sual edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR