İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat “Snoop Dogg”dan danışdı 

“Muzey və qalereyalara gələnlərin sayını artırmaq əvəzinə o qədər pulu götürüb müğənni “Snoop Dogg”a verirlər. Bütün bunlar sadəcə olaraq müəyyən dəyərlərə əməl etmək məsələsidir”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentində dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı “Ermənistan” müxalifət blokunun deputatı Artur Xaçatryan deyib.

Onun fikrincə, İrəvandakı uğursuz konsert üçün “Snoop Dogg”a köçürülən pullar mədəni ehtiyaclara da gedə bilərdi.

“Bəs əslində nə oldu? Yayın istisində küçəyə asfalt tökən işçidən gəlir vergisi tutularaq “Snoop Dogg”a verdiniz. O isə öz növbəsində heç buralara təşrif də buyurmadı. Bəs, uşaqların gəlib mədəni dəyərləri öyrənmələrini təmin etmək üçün nə edirik? Heç nə. Əvəzində “Snoop Dogg”a milyardlar verməyə hazırıq”, - deyə Xaçatryan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR