İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: “Azərbaycan üçün sülh Ermənistanın təslim olması deməkdir”

“Əgər Azərbaycan dünən ərazi bütövlüyü prinsipini tanıyan bəyanat imzalayıbsa, bu gün qoşunlarını Geqarkunik, Sünik və Vayots Dzor rayonlarından (əslində isə Azərbaycanın qanuni ərazisindən - red.) çıxarmalı idi”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin eyni adlı fraksiyasının üzvü Artur Xaçatryan yerli jurnalistlərlə söhbətində danışıb.

Erməni revanşist deputatın iddiasına sörə, Azərbaycan bir tərəfdən belə bir bəyanatı qəbul etməklə, digər tərəfdən ordusunu saxlamaqla sülh istəmədiyini göstərmək istəyir. Çünki onun üçün sülh Ermənistanın təslim olması ilə bağlı aktdır.

Artur Xaçatryan buna görə Qarabağ ermənilərinin “öz müqəddəratını təyinetmə hüququnun təmin olunması” da daxil olmaqla, bütün tədbirləri görməyə çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR