İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni daşnak deputat: “Ermənistan İctimai Televiziyasının efirində açıq türk təbliğatı aparılır”


“Dünən axşam saatlarında erməni vergi ödəyicilərinin hesabına fəaliyyət göstərən Ermənistan İctimai Televiziyasında açıq türk təbliğatı yayımlanıb”.

Musavat.com erməni  mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin eyni adlı blokunun deputatı, daşnak Qeqam Manukyan öz Facebook səhifəsində yazıb.

Manukyan Ermənistan İctimai Televiziyasının Türkiyənin ən hökumətyönlü, qeyri-dövlət və dini yönümlü TGRT telekanalının beynəlxalq xəbərlər departamentinin direktoru Emre Dineri qonaq etməsini, habelə bir neçə həftə bundan öncə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzadan müsahibə almasını buna nümunə olaraq göstərib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR