İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan yenidən namizəd ola bilər – Ankaradan AÇIQLAMA!

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Konstitusiyaya dəyişiklik edilmədən növbəti dəfə prezidentliyə namizədliyini irəli sürə bilər.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə liderinin baş müşaviri Mehmet Uçlum "X" hesabında yazıb. 

cumhurbaskani-basdanismani-mehme.jpg (51 KB)

Onun sözlərinə görə, Ərdoğanın yenidən seçkilərdə iştirak etməsi üçün yeni Konstitusiyanın qəbuluna və ya mövcud qanunvericiliyin dəyişdirilməsinə ehtiyac yoxdur.

“Türkiyə Böyük Millət Məclisi 2027-ci ilin üçüncü rübünün sonunda və ya 2028-ci ilin əvvəlində ən azı 360 səslə növbədənkənar seçkilərin keçirilməsi qərarını verərsə və Prezident Ərdoğan buna razılıq versə, o zaman sonuncu dəfə namizədliyini irəli sürə bilər”, – deyə müşavir izah edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR