Onlayn ictimai-siyasi qəzet
Yeni həftə ilə birlikdə bürclərin həyatında da yeni enerji axınları hiss olunacaq. 21–27 iyul tarixləri arasında bəzi bürclər üçün xoşbəxt hadisələr, uğurlu təsadüflər və sevindirici dönüş nöqtələri gözlənilir.
Musavat.com xəbər verir ki, ulduzlar bu günlərdə xüsusilə müəyyən bürclərin həyatına işıq salacaq, onları həm karyera, həm də şəxsi münasibətlərdə irəli aparacaq. Gəlin, bu həftənin ən şanslı bürclərinə birlikdə nəzər salaq.
Həftə boyunca Şir bürcünün parladığı anlara şahid olacağıq. Qürurlu və enerjili Şirlər üçün yeni imkanlar yaranacaq. İş təklifləri, kreativ layihələr və ətrafdan gələn təqdir onların motivasiyasını artıracaq. Sevgi həyatında da sürprizlər mümkündür.
Əqrəblər üçün bu həftə sanki bir yüksəliş dövrüdür. Daxili gücləri və intuisiyaları sayəsində doğru qərarlar verəcəklər. Pul və yatırım mövzusunda da şans onlardan yana olacaq. Hiss etdikləri dəyişiklik ehtiyacı bu həftə reallaşa bilər.
Qoçlar üçün bu həftə əsl başlanğıc vaxtıdır. Ulduzlar onların hərəkətə keçməsini və cəsarətli addımlar atmasını dəstəkləyir. Peşəkar uğurlar, yeni tanışlıqlar və müsbət enerjilər Qoçların həyatına axın edəcək.
Planlı və səbirli Oğlaqlar bu həftə öz əməklərinin bəhrəsini görəcəklər. İş həyatında gözlənilməz imkanlar ortaya çıxacaq. Ailədən və yaxın ətrafdan dəstək görəcəkləri bir həftə onları gözləyir. Gəlirlərlə bağlı da sevindirici xəbərlər mümkündür.
Balıqlar üçün həssas, amma eyni zamanda şanslı bir həftədir. Sezgiləri güclənəcək, yaradıcılıqları zirvədə olacaq. Xüsusən sevgi həyatında romantik anlar və gözlənilməz görüşlər mümkündür. Maddi sahədə də kiçik, amma sevindirici sürprizlər yaşana bilər.
Musavat.com
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ