İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da ŞOK iddia: Sağ pasiyentlərdən orqan çıxarılır 

ABŞ-da orqan transplantasiyası ilə bağlı yayılan yeni məlumatlar ölkə ictimaiyyətində böyük rezonans doğurub.

Musavat.com xəbər verir ki, “New York Times” qəzetinin apardığı araşdırma insan hüquqları və tibbi etika baxımından ciddi suallar doğuracaq faktları üzə çıxarıb.

Araşdırmaya əsasən, bəzi hallarda ABŞ xəstəxanalarında hələ həyat əlamətləri göstərən pasiyentlərdən orqanların çıxarıldığı hallara rast gəlinib.

Qəzet yazır ki, “ölkədə əlavə orqanlara olan ehtiyac, bəzən donorların təhlükəsizliyindən və yaşamaq şansından üstün tutulur”. Bu isə həkimlərin tələsik və bəzən geri dönüşü olmayan qərarlar verməsinə səbəb olur.

Xüsusilə ürək-damar problemi nəticəsində huşsuz vəziyyətə düşən pasiyentlər üzərində belə halların qeydə alındığı vurğulanır. Bu vəziyyətlərdə pasiyentin sağ qalmaq potensialını həkimlər qiymətləndirir və əgər bu ehtimal az hesab edilərsə, cərrahi orqan çıxarılması prosesi başlanır.

Ən qalmaqallı məqam isə bəzi orqan tədarükü təşkilatlarının ailələri və həkimləri bu cərrahi müdaxiləyə razı salmaq üçün fəal şəkildə lobbiçilik aparmalarıdır. Hətta bir neçə ştatda tibb işçiləri bildiriblər ki, bu təşkilatların nümayəndələri həkimləri morfin, propofol və digər güclü preparatların istifadəsi ilə pasiyentin ölümünü sürətləndirməyə razı salmağa çalışıblar.

Bu iddialar ABŞ səhiyyə sistemində etik sərhədlərin aşıldığını göstərən təhlükəli siqnal kimi qiymətləndirilir. Məsələ ilə bağlı rəsmi qurumlardan hələlik hər hansı açıqlama verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR