İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan Yunanıstana SƏRT ŞAPALAQ: “OLMAZ!” - Türkiyənin üzərinə “SƏLİB YÜRÜŞÜ”

Yunanıstan Türkiyənin xəbərdarlığından sonra son ay yarımda ikinci dəfə Egey dənizinin cənubunda sualtı elektrik kabelinin çəkilməsi layihəsini təxirə salmaq məcburiyyətində qalıb.

Teleqraf xəbər verir ki, bu barədə “Hürriyet” yunan mənbələrinə istinadla məlumat yayıb.

Yunanıstan xarici işlər naziri Yorqo Yerapetritis layihənin əlverişli zamanda həyata keçiriləcəyini bildirərək, konkret tarix göstərməyib. Yunan mediası baş verənləri “Afinanın Ankara qarşısında geri addımı” kimi şərh edib.

Türkiyə Müdafiə Nazirliyi bundan əvvəl məsələ ilə əlaqədar Afinaya xəbərdarlıq etmişdi. Nazirlik layihənin reallaşdırılması üçün Türkiyənin hüquq və maraqlarının nəzərə alınmalı olduğunu bildirmişdi.
Bu günlərdə həmçinin İsrail də Türkiyənin üzərinə gəlmək cəhdləri edib. Xüsusən də Suriyadakı Türkiyə bazalarının taleyi ilə bağlı məsələdə etdiyi xahiş və ardınca yaşananlar diqqəti çəkir. 3 türk dövlətinin də Türkiyəyə münasibətdə xain addımı yaddan çıxmamalıdır. Türkiyəni nələr gözləyir? Ərdoğan bu hücumlara qarşı necə mübarizə aparacaq?

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatında “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Telman Qasımovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR