Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın yeni lideri Əhməd Aş-Şəraanı Ankaraya gətirmək üçün xüsusi prezident təyyarəsi göndərib.
Musavat.com xəbər verir ki, bu barədə "Yeni Şafak" qəzeti məlumat yayıb.
Bu addım Türkiyə və Suriya arasında yeni siyasi münasibətlərin qurulması istiqamətində xoş niyyət jesti kimi qiymətləndirilir.
Qeyd edək ki, Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şaara ikinci rəsmi səfərini Türkiyəyə edib. O, səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Liderlər görüş zamanı mərkəzi Suriyada Türkiyə aviabazalarının yaradılmasını və yeni Suriya ordusunun hazırlanmasını əhatə edəcək birgə müdafiə paktını müzakirə ediblər. Mənbələrin sözlərinə görə, Türkiyə Suriya hava məkanından hərbi məqsədlər üçün istifadə edə biləcək.
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ