İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan SON DƏQİQƏ açıqlaması: "Ümidimizi itirmişik"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacib olduğunu deyib.

Bu barədə Türkiyə dövlət başçısı İstanbulda Ümumdünya İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə bildirib.

"Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qəzza zolağında atəşkəs tələbi yalnız ABŞ-ın vetosu ilə rədd edilir. Bu, ədalətdirmi?", - Ərdoğan deyib.

"Biz BMT Təhlükəsizlik Şurasından ümidimizi və gözləntimizi itirmişik. Missiyası qlobal sülhü bərqərar etmək olan BMT Təhlükəsizlik Şurası oktyabrın 7-dən bəri İsrailin himayədarına çevrilib. BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır", - Rəcəb Tayyib Ərdoğan əlavə edib. (APA)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR